RU

Qastronomiya turizmi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir

Bakı, 30 yanvar, AZƏRTAC

Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova İspaniyanın San-Sebastiyan şəhərində “Bask Kulinariya Mərkəzi”nin direktoru Joxe Mari Aizeqa ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Avropada qastronomiya və kulinariya sənətinə həsr olunmuş ilk universitet, qastronomiya üzrə ali təhsil, elmi-tədqiqat və innovasiya sahəsində ixtisaslaşmış beynəlxalq nüfuzlu akademik məkan olan “Bask Kulinariya Mərkəzi” ilə mübadilə imkanları, aşpazlıq ixtisasının və ümumilikdə qastronomiyanın bütün sahələrini əhatə edən praktik tədris metodikası müzakirə olunub. Dövlət Turizm Agentliyinin bu istiqamətdə təşkil etdiyi beynəlxalq peşə təhsili proqramlarının nəticələri yüksək qiymətləndirilib.

Bundan əlavə, Fransada yaradılmış, beynəlxalq nüfuza malik “Gault&Millau” qastronomik bələdçisi və reytinq sisteminin İdarə Heyətinin vitse-prezidenti Juan Karlos Torres ilə görüş keçirilib.

Görüş zamanı qastronomiya turizminin cəlbediciliyi, keyfiyyət standartları və peşəkar inkişaf, milli mətbəxin dünya səhnəsində təqdimatı və digər əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.

Səfər müddətində, həmçinin BMT Turizmin Baş katibi xanım Şeyxa Nasir əl-Novais ilə Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova arasında görüş keçirilib

Görüşdə qastronomiya turizmi və İpək Yolu turizmi də daxil olmaqla, beynəlxalq təşkilatla qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi perspektivləri ətrafından fikir mübadiləsi aparılıb.

Избранный
50
50
azertag.az

10Источники