RU

Agentlik bu filmələrə 200 min manata yaxın vəsait sərf edəcək

“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi "Ağacdələn" adlı qısametrajlı bədii, "Sərt gözəllik" adlı sənədli, "Eyni yağışın altında" adlı qısametrajlı animasiya filmlərinin istehsalının həyata keçirilməsi xidmətlərinə və hüquqlarının alınmasına 183 882 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, vəsait 3 şirkətə - "Karvan Production" MMC-yə, "OD Media-Production" MMC-yə, “Peri Film” MMC-yə ödəniləcək.

 

Bağlanılan müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni birbaşa olub, tender keçirilməyib.

 

Cabir

Tarix: 30 Yanvar 2026, 11:52   
Избранный
10
3
pravda.az

10Источники