RU

Kreml: Rusiya Trampın xahişi ilə fevralın 1-dək Ukraynaya zərbələr endirməyəcək

Rusiya Trampın xahişinə cavab olaraq, danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə 1 fevrala qədər Ukraynaya zərbələr endirməkdən çəkinməyə razılaşıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva Trampın 1 fevrala qədər Ukraynaya zərbə endirməmək xahişini qəbul edib.

Peskov təsdiqləyib ki, Tramp həqiqətən də şəxsən Putindən bir həftə ərzində Ukraynaya zərbə endirməməyi xahiş edib.

Rusiya liderinin mətbuat katibi qeyd edib ki, ABŞ prezidentinin xahişinin məqsədi danışıqlar üçün əlverişli şərait yaratmaqdır.

Избранный
65
50
apa.az

10Источники