RU

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb, açarlar təqdim olunub- FOTO - YENİLƏNİB

Yanvarın 30-da Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç olub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Ağdərə rayonunun Həsənriz kəndinə 52 köçürülüb. Sakinlərə mənzillərin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramının məqsəd və vəzifələri barədə məlumat verib.

Bildirib ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq azad edilmiş ərazilərdə müasir infrastruktur qurulur, yaşayış evləri, sosial obyektlər inşa edilir və sakinlərin rahat, təhlükəsiz şəkildə məskunlaşması üçün hərtərəfli şərait yaradılır. Torpağına qayıdan insanların məşğulluq məsələsi də daim diqqətdə saxlanılır.

Böyük Qayıdış proqramı çərçivəsində köç prosesi mərhələli şəkildə davam edir.

***

12.40

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Həsənriz kəndinə 10 ailə - 52 nəfər Tərtər rayonu ərazisindən yola salınıb.

Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Növbəti Növbəti Növbəti Növbəti
Избранный
17
43
apa.az

10Источники