RU

"Karvan-Yevlax"ın Premyer Liqadan düşməsini həzm edə bilmərəm"

style='margin-bottom:10px;'>

"Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 18-ci turunda "Sumqayıt"a uduzduqları matç (0:2) haqda danışıb.

QOL.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında futbolçularının nəticə qazanmaq üçün hər şey etdiyini deyib: 

"Oyuna çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, "Sumqayıt" yaxşı komandadır. Son matçı təhlil edib futbolçulara səhvləri göstərmişdik. Futbolçular məşqlərdə tam gücləri ilə çalışırlar, nəticə qazanmaq üçün hər şey edirlər. Birinci hissədə səhvlər etdik. Evdə oynayırıq deyə hücumda çoxluq yaratmaq istəyirik. Müdafiədə ardıcıl səhvlər buraxanda istər-istəməz oyunumuza təsir edir. "Sumqayıt"ı təbrik edirəm".

O, görüşün ilk hissəsində oyunlarının alınmamasının səbəbini açıqlayıb:  "Əlbəttə ki, təhlil edəcəyik. Rəqibin ilk qolundan sonra müdafiədə səhvləri gördük və dərhal beşli sistemə keçdik. Daha etibarlı oynamağa çalışdıq. Yenə kobud səhvlər etdik və ikinci qolu buraxdıq".

F.Məmmədov "Karvan-Yevlax"ı bu durumdan çıxarmaq üçün planlarından danışıb: "Sonuncu oyuna kimi eyni rejimdə hazırlaşacağıq. Məndə hər zaman inam var. Məğlubiyyəti həzm edə bilmirəm. Bu durumdan çıxmaq üçün maksimum çalışacağıq. Tək məndən asılı deyil. İnanın ki, futbolçular da çox çalışır. Rəhbərlik hər zaman yanımdadır".

O, Premyer Liqada qalmaq üçün heyətin yetərli olub-olmaması ilə bağlı bunları deyib: "Təəssüflər olsun ki, biz yalnız 3 transfer edə bildik. Sifariş ərizəsində 27 futbolçu var idi. Ən azı 4-5 transfer etmək istəyirdik. İndiki durumda edə bilmirik".

F.Məmmədov "Karvan-Yevlax" Premyer Liqadan düşsə, bunu necə həzm edəcəksiniz" sualını belə cavablandırıb: "Həzm edə bilmərəm. Rəhbərlik futbolçuların yaxşı yaşaması üçün hər şeyi edir. Oyunçular məşqdə tam fərqlidirlər. Bu gün futbolçularımız fiziki göstəricilərdə rəqibi qabaqladılar. Qol epizodlarımız da var idi. Bazada bütün şəraitimiz var. Ən yaxşı şərait yaradılıb. Bircə qalıb meydana çıxıb oyunlarda qələbə qazanmaq".

Избранный
50
50
teleqraf.com

10Источники