RU

Azərbaycan Kuboku: “Zirə” və “Sabah”dan heç-heçə  – YENİLƏNİB 

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsi start götürüb.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda  “Sumqayıt” “Zirə”ni qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb – 0:0.

Digər matçda isə “Sabah” evdə “Qəbələ” ilə üz-üzə gəlib. Bu oyunda da qapılara qol vurulmayıb – 0:0.

 “Sumqayıt”la “Zirə” və “Sabah”la “Qəbələ” arasındakı 1/4 finalın cavab oyunları mart ayının 3-nə nəzərdə tutulub. 

Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar

4 fevral

17:00. “Sumqayıt” – “Zirə” 0:0

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.

VAR: Kamal Umudlu.

AVAR: Eyyub İbrahimov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:30. “Sabah” – “Qəbələ” 0:0

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Zeynal Zeynalov.

“Bank Respublika Arena”

Избранный
70
1
idmanxeber.az

8Источники