RU

Böyük Dəbilqə : Son gündə 5 Azərbaycan cüdoçusu mübarizəyə qoşulur

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son yarış günündə üç çəki dərəcəsində 5 Azərbaycan cüdoçusu tatami üzərinə çıxacaq.

Təmsilçilərimiz mübarizəyə 1/16 final mərhələsindən qoşulacaq.

81 kq çəki dərəcəsində Zelim Tçkayev Vanq Cian-nan (Çin) – Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün, Vüsal Qələndərzadə Saşa Jiqli (fransa) – Mixaylo Svidrak (Ukrayna) tandeminin qalibi ilə üz-üzə gələcək.

100 kq çəki dərəcəsində Əjdər Bağırov Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası) ilə mübarizə aparacaq.

+100 kq çəki dərəcəsində Uşanqi Kokauri almaniyalı Marvin Belzlə, Kənan Nəsibov isə avstriyalı Ştefan Heqi ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb. Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıb.

Azərbaycan yarışda 8 cüdoçu ilə təmsil olunur.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
12
fanat.az

10Источники