"Liverpul"un hücumçusu Məhəmməd Salah 2026-cı ilin yayında Kriştiano Ronaldonu əvəzləmək üçün "Əl-Nəsr"ə keçəcəyi halda yüksək məvacib ala bilər.
Publika.az xəbər verir ki, Ər-Riyad klubu onun maaşını üçqat artırmağı planlaşdırır. Nəticədə misirli ulduz həftədə təxminən 1,4 milyon avro qazana bilər. Bu barədə "The Mirror" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı klubu və yerli liqanın rəhbərliyi 41 yaşlı portuqaliyalı ulduzu əvəzləməkdə maraqlıdırlar. Ronaldo isə liqada maliyyənin ədalətsiz bölüşdürülməsindən narazı qaldığı üçün "Əl-Nəsr"lə müqaviləni pozmaqla hədələyir.