RU

Bakıda zəncirvari qəza – Avtobuslar bir-birinə çırpıldı – VİDEO

Bu gün paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, Müzəffər Həsənov küçəsində – metronun “20 Yanvar” stansiyasının qarşısında 3 avtobus toqquşub.

Belə ki, “Bakubus”a məxsus olan 14 saylı xəttin BYD, 194 saylı xəttə məxsus olan “KingLong” və 159 saylı xətt üzrə işləyən “İsuzu” markalı avtobuslar bir-birinə çırpılıb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da nəqliyyat vasitələrinə xeyli ziyan dəyib. /qafqazinfo/

 

Избранный
70
6
nocomment.az

7Источники