RU

Azərbaycan dünyanın aparıcı güc mərkəzləri ilə imzalanmış strateji tərəfdaşlıq formatında çalışır

Artıq dünyanın tanınmış ictimai-siyasi xadimləri, eləcə də təcrübli diplomatları Azərbaycanın bütün sahələr üzrə sürətli inkişaf yolunda olduğunu etiraf edirlər. Bu, bir faktdır ki, ölkəmiz dünyanın aparıcı güc mərkəzləri ilə imzalanmış strateji tərəfdaşlıq formatında çalışır. Azərbyacanın transmilli böyük şirkətlərlə iş təcrübəsi bir çox sahələrdə böyük üstünlüklər qazandırır. Bu üstünlüklərdən biri də coğrafi vəziyyətimizdir. Hazırda insan həyatını texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. İnformasiya cəmiyyətinin inkişafını yeni texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil.

Xüsusilə, süni intellekt sistemlərini qeyd etmək lazımdır. Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir.

Bu fikirləri redaksiyamıza açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədəki çıxışına münasibət bildirərkən deyib ki, rəqəmsal inkişaf məsələsi ölkəmizin tərəqqisini böyük dərəcədə şərtləndirəcək. Azərbaycanda artıq bu istiqamətdə müəyyən işlər görülüb. Ən əsası odur ki, gələcək fəaliyyətdə bu məsələ prioritetlər siyahısına daxil edilib. Ölkəmizin coğrafi vəziyyəti, bu sahədə bir çox üstünlüklərə nail olmağa imkan yaradacaq. Çünki Azərbaycanın neft-qaz, bağlantılar sahələrində böyük təcrübəsi var. Bu, beynəlxalq şirkətlərlə olan əlaqələr və bir çox ölkələrlə nəhəng layihələri icra etməyimizdir. Bundan əlavə, Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Komitə sdəri daha sonra deyib ki, transmilli böyük şirkətlərlə də iş təcrübəmiz böyük üstünlükdür. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub – həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük.

Ç.Qənizadə dövlətimizin başçısının çıxışına istinadən deyib ki, bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. Son 20 il ərzində respublikamızın generasiya gücü təxminən iki dəfəyə yaxın artıb. Bu göstərici hazırda 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları, – qaz, hidro, Günəş, külək, – bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Azərbaycanın ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla sıx əlaqələri mövcuddur. Diqqətə çatdırıldı ki, Azərbaycan Dövlət Neft Fondu uzun illərdir bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur. Hazırda digər konkret layihələr üzərində də işlər gedir. Rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, təbbi ki, ölkəmizin ən böyük üstünlüyüdür. Çünki Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ölkəmizə bu üstünlüyü təmin edir.

Tanınmış hüquqşünas ölkə başçısının dövlət xidmətlərinin “mygov” üzərindən həyata keçirilməsinin – yəni vahid mərkəzdən həllini zəruri hesab etdiyni diqqətə çatdıraraq deyib ki, bu, vətəndaşlar üçün də çox böyük üstünlüklər təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. Prezident konkret olaraq bildirirb ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır: “ Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, – belə adlandırılır, – kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər”.

Ç.Qənizadə Prezidentin müşavirədə konkret tapşırıqlar verdiyini də dedi: “Hazırda fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzinin işi daim diqqət mərkəzində olmalıdır. Bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır. Bu məsələlərin Prezidentin nəzarəti altında olması bir çox tərəfdaşlarımıza ciddi mesaj olacaq ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır”.

Избранный
77
50
veteninfo.az

10Источники