RU

İŞİD üzvü olan 3 min məhbus Suriyadan İraqa köçürülüb

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İndiyə qədər Suriyada həbsdə olan 3 min İŞİD terrorçusu İraqa köçürülüb.

APA “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn danışıb.

O bildirib ki, İŞİD-dən olan məhbusların İraqa köçüçürülmsə prosesi davam edir və buna görə də bu ölkəyə maliyyə dəstəyi lazımdır.

Fuad Hüseyn İraqın keçmiş Baş naziri Nuri əl-Malikinin yenidən Baş nazirliyə namizəd kimi irəli sürülməsinə ABŞ tərəfindən etiraz edilməsini şərh edərkən bildirib ki, rəsmi Bağdad ABŞ-ın xəbərdarlıqlarını ciddi qəbul edib, lakin Malikinin namizədliyinin irəli sürülməsi İraqın daxili işidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
5
apa.az

10Источники