"Mən heç bir qəza törətməmişəm".
Hit.az Yeni Sabah-a istinadən xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı deyib.
Parlamentarinin Zabrat yolunda sürət həddini aşaraq öndəki maşına çırpıldığı iddia edilsə də, o bunu təkzib edib.
“Yayılan məlumatlar yanlışdır”- G.Ağamalı qeyd edib. O, əlavə suallara cavab verməyib.