Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir. Pravda.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.
Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Sayt yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb.
Tarix: 14 Fevral 2026, 17:13