RU

33 yaşlı kişi dəm qazından boğuldu

Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğulub ölüb.

Bizim.Media xəbər verir ki, hadisə 52-ci məhəllə Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. (Report.az)

Bizim.Media

Избранный
39
12
bizim.media

10Источники