RU

Bakıda 43 yaşlı qadın estetik əməliyyat zamanı ÖLDÜ

Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.

7News.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən "Medi Hall" hospitalda bədənşəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.

Tibbi müdaxiləyə baxmayaraq, o, fevralın 13-də vəfat edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Избранный
88
25
7news.az

10Источники