RU

“Yuventus” tarixində ilk dəfə Çempionlar Liqasında beş qol buraxıb

İtaliyanın “Yuventus” komandası klub tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqası matçında beş qol buraxıb.

2025/26 mövsümünün Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda Turin klubu Türkiyənin “Qalatasaray” komandasına 2:5 hesabı ilə məğlub olub. Komandalar Türkiyənin İstanbul şəhərindəki “RAMS Park” stadionunda oynayıblar.

“Opta Sports” telegram kanalının məlumatına görə, “Yuventus” Avropa yarışlarında sonuncu dəfə beş və ya daha çox qol 1958-ci ildə “Viner”ə 7:0 hesabı ilə uduzduqları oyunda buraxıb. Bu məğlubiyyət Avropa Çempionlar Kubokunda baş verib.

“Qalatasaray” və “Yuventus” arasında ikinci oyun 25 fevralda Turindəki “Allianz” stadionunda keçiriləcək.

İdman.Biz
Избранный
121
1
idman.biz

2Источники