RU

Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi Vüqar Babayevin qalıqları Göyçayda dəfn edilib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi Vüqar Səlim oğlu Babayevin nəşinin qalıqları Göyçay rayonunda ailəsinə təhvil verilib.

APA-nın Şirvan bürosu xəbər verir ki, əvvəlcə Göyçayın Qarabaqqal kəndində şəhid hərbçi ilə vida mərasimi keçirilib.

Mərasimdə kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra itkin şəhidin qalıqları Göyçay şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

Qeyd edək ki, Vüqar Babayev 1994-cü ildə Kəlbəcər rayonu Yanşaq kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb.

Birinci Birinci Birinci Birinci Birinci Birinci
Избранный
49
3
apa.az

5Источники