Ajans.az xəbər verir ki, bu barədə Billboard məlumat yayıb. Musiqiçinin ölümü Fulton Şəhər Tibbi Ekspertiza İdarəsi tərəfindən təsdiqlənib. Ölüm səbəbi hələ müəyyən edilməyib. Reper sonuncu sinqlı olan *"Out of Town Bae"*nin çıxmasından beş gün sonra vəfat edib. O, 2025-ci ildə qastrol səfərində olub və növbəti çıxışı mart ayında Luiziana ştatının Yeni Orlean şəhərində planlaşdırılırdı. J.M. Wheeler 2000-ci ildə Florida ştatının Ceksonvill şəhərində anadan olub. O, 2018-ci ildə çıxan "Purple Hearts" sinqlı ilə şöhrət qazanıb. Qısa karyerası ərzində musiqiçi ondan çox albom buraxıb. Spotify üzrə onun aylıq təxminən 650.000 dinləyicisi olub, YouTube-dakı bəzi videoları isə on milyonlarla dəfə izlənilib.