RU

Premyer liqada temp daha yüksəkdi Fərdi Kadıoğlu İngiltərə karyerasından danışdı

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

''Fənərbaxça''da ulduz səviyyəsinə yüksələndən sonra 2024-ün yayında 30 milyon avroya ''Brayton''a transfer olunan Fərdi Kadıoğlu İngiltərə karyerası ilə bağlı ''Bein Sports'' kanalına açıqlamalar verib. "Football-plus.az" xəbər verir ki, ''Dumanlı Albion''da ilk mövsümü zədə üzündən boşa verən Türkiyə yığmasının üzvü bu mövsüm ''Brayton''da əsas heyətin önəmli isimlərindən biridi. O artıq 29 rəsmi oyunda forma geyib. Sözü verək 26 yaşlı futbolçuya:

“Zədədən tam qurtulduğuma görə sevincliyəm. Bu mövsüm çox oyuna çıxdım və sürətlə əvvəlki səviyyəmə qayıtdım. Bir neçə qarşılaşmada ən yaxşı oyunçu seçilməyimə gəlincə, bunu təkbaşına edə bilmərəm. Komanda yoldaşlarımın da dəstəyinə ehtiyac var. Amma qalib gəlmək mənim üçün hər şeydən önəmlidi. Fabian Hürtseler gənc məşqçidi. Münasibətlərimiz çox yaxşıdı. Mənə güvəndiyini hiss edirəm. Məni fərqli mövqelərdə oynadır. Zədədən dönəndən bəri mənə tez-tez şans verir. Hadisələrin belə axarından məmnunam və ümid edirəm ki, belə də davam edəcək. Premyer-liqada Türkiyə çempionatı ilə müqayisədə temp çox yüksəkdi. Ötən mövsüm ilk dövrə bitməmiş zədələndim. Ona görə də uyğunlaşma dönəmi uzun çəkmədi. Uzun müddət yaşıl meydanlardan kənar qaldığıma görə uyğunlaşma daha asan keçdi. Çünki zədəli olduğum müddətdə yeni ölkə və buranın həyat tərzi ilə yaxından tanış oldum. ''Fənərbaxça''da hər mövsüm avrokuboklarda oynayırdıq. Demək olar, hər həftə üçgündənbir oyuna çıxırdım. Burda sistem bir qədər fərqlidi. Təbii ki, üçgündən bir oynayan komanda ilə həftədə bir dəfə oynayan komandanın məşq sistemi fərqli olur. Həmişə qarşıma ən yüksək hədəflər qoyuram. Premyer-liqaya gəlməyimin səbəbi nəyə qadir olduğumu görmək və hara qədər irəliləyə, hansı səviyyəyə çata biləcəyimi anlamaq istəyimdi. Təbii ki, ən böyük arzum Avropa nəhənglərindən birində oynamaq və hər mövsüm ÇL-də forma geyməkdi. Bu həftə İngiltərə kubokunda ''Liverpul''la qarşılaşacağıq. Açığı, püşkdə bəxtimiz o qədər də gətirmir. Əvvəlki mərhələdə ''Mançester Yunayted'' ilə qarşılaşmışdıqsa, indi də ''Liverpul''a rəqib olduq. Digər tərəfdən, bu titulu qazanmaq istəyiriksə, istənilən halda yolüstü güclü rəqibləri yenməliyik. Qalib bir oyunda müəyyənləşir. Yəni hər şey ola bilər. Gücümüzə inanırıq və istənilən rəqibi yenməyə qadir olduğumuzu bilirik. Türkiyə yığmasına gəlincə, çox yaxşı heyətə malik olduğumuzu düşünürəm. Birlikdə oynamaqdan zövq alırıq. Son Avropa çempionatında əla çıxış etsək də, dünya çempionatında uzun illərdi iştirak edə bilmirik. Ona görə də pley-off matçlarını səbirsizliklə gözləyirik. İçimizdə sanki pley-offun aclığı var. Asan olmayacaq. Pley-offda heç vaxt asan olmur. Hər iki tərəf də meydana yalnız qələbə üçün çıxır. Amma mən bunu birlikdə bacaracağımıza və DÇ-2026-ya vəsiqə qazanacağımıza inanıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
61
1
icma.az

10Источники