RU

Ötən ay Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 400 milyon manatı ötüb

Bakı. Trend:

Bu ilin yanvar ayında xarici maliyyə mənbələrindən əsas kapitala401,9 milyon manat məbləğində investisiya yatırılıb.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövründəkigöstərici ilə müqayisədə 26,1 faiz çoxdur.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların374,5 milyon manatı neft-qaz sektoru, 27,4 milyon manatı isəqeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2025-ci ilin yanvarayındakı göstəricilərlə müqayisədə xarici maliyyə mənbələrindənAzərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmişinvestisiyaların həcmi 80,2 faiz artıb, qeyri-neft-qaz sektoru üzrəisə 75,3 faiz azalıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ölkənin iqtisadi vəsosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsaskapitala 1,406 milyard manat və ya 2025-ci ilin yanvar ayı iləmüqayisədə 75,6 faiz çox investisiya yönəldilib. Neft-qaz sektorunayönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neftqazsektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz çoxolub.

Ümumi sərmayənin 758,6 milyon manatı və ya 54,0 faizi məhsulistehsalı sahələrinin, 551,0 milyon manatı (39,2 faizi) xidmətsahələrinin, 96,3 milyon manatı (6,8 faizi) isə yaşayış evlərinintikintisinin payına düşüb. Ümumi sərmayənin 17,2 faizi dövlət, 82,8faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.Sərmayə qoyuluşunun 41,1 faizi tikinti-quraşdırma işlərinə sərfedilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanındəyəri ümumi sərmayənin 71,4 faizini təşkil edib.

Məqalədə:
Избранный
36
4
az.trend.az

10Источники