RU

Bəxtiyar Vahabzadə AXC Təşəbbüs Mərkəzinin üzvü olub? – Sabiq Baş nazir açıqladı - FOTO

“Azərbaycan Xalq Cəbhəsinin Təşəbbüs Mərkəzinin 1989-cu ilin mayındakı üzvlərinin siyahısını dərc etdikdən sonra bir neçə zəng oldu ki, Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə AXC TM- nin üzvü olmayıbmı? Bəxtiyar Vahabzadə AXC-nin təsis olunması münasibətilə Azərbaycan xalqını təbrik etmişdi”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu sabiq Baş nazir Pənah Hüseyn bildirib.

O, həmin təbrikin mətnini yayıb: 

“Xalq Cəbhəsinin bütün proqram müddəaları ilə razıyam və bu cəbhənin üzvü olmağı özümə şərəf bilirəm. Xalq Cəbhəsinin yaranmağına mane olanlara qarşı qəti etirazımı bildirirəm. Xalq Cəbhəsinin yaranmasına mane olanlar Azərbaycan xalqının düşmənləridir”.

Xatırladaq ki, P.Hüseyn bundan əvvəl Azərbaycan Xalq Hərəkatının tarixi ilə maraqlananlar üçün bir siyahı açıqlamışdı. Siyahıda  1989- cu ilin may ayının sonunda Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Mərkəzinin üzvləri yer alıb:

1. İsmayıl Şıxlı – Azərbaycan Xalq yazıçısı (AXC TM Məsləhət Şurası üzvü)

2.Məmməd Araz- Azərbaycanın Xalq şairi, (AXC TM Məsləhət Şurası üzvü)

3.Yusif Səmədoğlu –yazıçı, Azərbaycan jurnalının baş redaktoru, (AXC TM Məsləhət Şurası üzvü)

4. Sabir Rüsrəmxanlı – şair, publisist, “Yazıçı” Nəşriyyatının baş redaktoru, (AXC TM Məsləhət Şurası üzvü)

5.Ağacavad Salamov- Az.SSR EA Fizika İnstitunun baş elmi işçisi, fizika- riyaziyyat elmləri namizədi (AXC TM Koordinasiya Şurasının üzvü)

6. Vurğun Əyyubov –V. İ. Lenin adına APİ- nin əməkdaşı, filologiya elmləri namizədi (AXC TM Koordinasiya Şurasının üzvü)

7. Əbülfəz Əliyev (Elçibəy) – Az. SSR EA Əlyazmaları instituunun aparıcı elmi işçisi, tarix elmləri namizədi. (AXC TM Koordinasiya Şurasının üzvü)

8. Zərdüşt Əlizadə- Az. SSR EA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi. (AXC TM Koordinasiya Şurasının üzvü)

9. İsa Qəmbərov- Az. SSR EA Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarixçi(AXC TM Koordinasiya Şurasının üzvü)

10.Nəcəf Nəcəfov- “Bakinskiy Raboçiy” qəzetinin əməkdaşı, jurnalist. (AXC TM Koordinasiya Şurasının üzvü)

11.Pənah Hüseynov- Az. SSR EA Fəlsəfə və Hüquq İnstitunun kiçik elmi işçisi(AXC TM Koordinasiya Şurasının üzvü)

12.Sabit Bağırov- “Azneftmaş” elmi istehsalat birliyinin əməkdaşı, texnika elmləri namizədi. (AXC TM Koordinasiya Şurasının üzvü)

13.Tofiq Qasımov- Az. SSR EA Fizika İnstitutunun baş elmi işçisi, fizika- riyaziyyat elmləri namizədi(AXC TM Koordinasiya Şurasının üzvü)

14. Hikmət Hacızadə- Az. SSR EA Botanika institunun baş elmi işçisi, fizika – riyaziyyat elmləri namizədi (AXC TM Koordinasiya Şurasının üzvü)

15.Ağamalı Sadiq- şair, Azərbaycan Yazıçılar İttifaqının üzvü (AXC TM üzvü)

16.Altay Əfəndiyev – Az. SSR EA Şərqşünaslıq İnstitutunun əməkdaşı, iqtisadçı (AXC TM üzvü)

17.Anatoliy Qraçov- Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun əməkdaşı, iqtisad elmləri namizədi(AXC TM üzvü)

18.Arzu Abdullayeva- Az. SSR EA Tarix İnstitutunun əməkdaşı, (AXC TM üzvü)

19. Vaqif Sipxanov- Azərbaycan Dövlət Universitetinin müəllimi (AXC TM üzvü)

20.Qriqoriy Tkaçenko- inşaat mühəndisi (AXC TM üzvü)

21.Etibar Məmmədov- S. M. Kirov adına ADU- nun əməkdaşı, tarix elmləri namizədi. (AXC TM üzvü)

22.Əbdülvahab Manafov- Azərittifaqın işçisi, iqtisadçı (AXC TM üzvü)

23.Əkrəm Hümətov- mühəndis (Lənkəran şəh.) (AXC TM üzvü)

24.Emin Əhmədov –musiqi müəllimi (AXC TM üzvü)

25. Əmrullah Məmmədov- S. M. Kirov adına ADU- nun əməkdaşı, iqtisad elmləri doktoru, dövlət mükafatı laureatı. (AXC TM üzvü)

26. Zəminə Cabbarova - Energetika texnikumunun müəllimi (AXC TM üzvü)

27. Leyla Yunusova – Az. SSR EA Tarix institutunun əməkdaşı, tarix elmləri namizədi (AXC TM üzvü)

28.Məmmədhəsən Qəmbərov- Az. SSR EA Şərqşünaslıq İnstitunun əməkdaşı, filologiya elmləri namizədi (AXC TM üzvü)

29.Mirbaba Babayev- Az. SSR EA Fizika institutunun əməkdaşı- riyaziyyat elmləri namizədi(AXC TM üzvü)

30.Müslüm Eldarov - heykəltəraş(AXC TM üzvü)

31.Natiq Ələsgərov- tələbə (AXC TM üzvü)

32.Nəriman Zülfüqarov- “Neyron kooperativinin üzvü, psixologiya elmləri namizədi (AXC TM üzvü)

33.Sənubər Bağırova- Az. SSR EA İncəsənət və Arxitektura institunun əməkdaşı, elmlər namizədi

34. Səfər Alışarlı- yazıçı, “Gənclik yurnalının əməkdaşı (AXC TM üzvü)

35.Fəxrəddin Ağyev- Azərittifaqın işçisi, iqtisadçı. (AXC TM üzvü)

36. Fuad Ağayev- hüquqşünas (AXC TM üzvü)

37. Xaliq Hacıyev- Az. SSR Tele və Radio Komitəsinin əməkdaşı (AXC TM üzvü)

38.Xədicə Nəsirli- Az. SSR EA İncəsənət və Arxitektura institunun əməkdaşı, elmlər namizədi (AXC TM üzvü)

39.Xudadat Xudiyev- mühəndis, briqadir. (AXC TM üzvü)

40.Hüseyn Əliyev – Sərdarov adına zavodun fəhləsi (AXC TM üzvü)

41.Canbaxış Ümidov – Az. SSR EA Riyaziyyat İnstitutunun əməkdaşı, riyaziyyat elmləri namizədi (AXC TM üzvü)

42.Cümşüd İskəndərov- jurnalist (AXC TM üzvü)

Sıralama və üzvlər haqqında məlumatlar ilk mənbədə olduğu kimi verilib.

Избранный
8
2
cebheinfo.az

3Источники