RU

Ötən ay Azərbaycanda sənaye sektoruna 650 milyon manatdan çox sərmayə yatırılıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda sənaye sektoru üzrə əsaskapitala yönəldilmiş investisiyaların dəyəri 653,1 milyon manattəşkil edib.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 46,9% çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyalarınyekunda xüsusi çəkisi 46,5%-ə bərabər olub.

Hesabat ayında sənaye sektoruna yatırılmış investisiyaların572,7 milyon manatı (+78,8%) mədənçıxarma sənayesinə, 54,4 milyonmanatı (2,6 dəfə çox) emal sənayesinə, 126 milyon manatı (-74,9%)elektrik enerjisi, qaz və buxar istehsalına yönəldilib.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında ölkənin iqtisadi vəsosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsaskapitala 1,406 milyard manat və ya 2025-ci ilin yanvar ayı iləmüqayisədə 75,6 faiz çox investisiya yönəldilib. Neft-qaz sektorunayönəldilmiş investisiyaların həcmi 78,3 faiz, qeyri neftqazsektoruna yönəldilmiş investisiyaların həcmi isə 73,9 faiz çoxolub.

Ümumi sərmayənin 758,6 milyon manatı və ya 54,0 faizi məhsulistehsalı sahələrinin, 551,0 milyon manatı (39,2 faizi) xidmətsahələrinin, 96,3 milyon manatı (6,8 faizi) isə yaşayış evlərinintikintisinin payına düşüb. Ümumi sərmayənin 17,2 faizi dövlət, 82,8faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.Sərmayə qoyuluşunun 41,1 faizi tikinti-quraşdırma işlərinə sərfedilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanındəyəri ümumi sərmayənin 71,4 faizini təşkil edib.

Məqalədə:
Избранный
18
4
az.trend.az

10Источники