Bu gün Nyukasl-apon-Tayn şəhərindəki Sent-Ceyms Parkında Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyunu keçiriləcək.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bukmekerlər ev sahibi komandaya üstünlük veriblər.
"Nyukasl"ın qələbəsi 1.12 əmsalla qiymətləndirilir.
"Qarabağ"ın qalibiyyətinin ehtimalı isə 13.0 əmsaldır. Heç-heçə 11.7 əmsalla mümkündür.
Analitiklər yüksək xallı nəticəyə əmindirlər. 2.5-dən az qol 3.70 əmsalla, 2.5-dən çox qol isə 1.28 əmsalla təklif olunur.
Hər iki komanda qol vurarsa, əmsal 1.80 olacaq.
Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.
İlk oyunda "Sağsağanlar" təmsilıçimizi 6-1 hesabı ilə məğlub edib.