RU

II Liqa: Liderlərin duelində "Xankəndi" sevindi - YENİLƏNİR

Azərbaycan II Liqasında XV tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun ikinci günündə iki oyun keçirilib.

Mərkəzi oyunda liderlər "Qaradağ Lökbatan" ilə "Xankəndi" üz-üzə gəliblər. Qarşılaşmada 3 xala sevinən tərəf Qarabağ təmsilçisi olub. "Xankəndi" əzmkar qələbə qazabaraq vahid liderliyi ələ keçirib.
Xatırladaq ki, tərəflərin ilk dövrədəki duelində "Qaradağ Lökbatan" 2:0 hesabı ilə qalib gəlmişdi. 

Günün, həmçinin turun son qarşılaşması "Şəmkir" ilə "Şəki Siti" arasında keçirilir. 

Azərbaycan II Liqası
XV tur
24 fevral
 

“Xankəndi” – “Qaradağ Lökbatan” 2:1
Qollar:
E.Quliyev, 61. F.Abbaslı, 76-öz qapısına - S.Allahquliyev, 16. 

14:30. “Şəmkir” – “Şəki Siti” 0:0 (1-ci hissə)

Избранный
4
2
fanat.az

3Источники