RU

“Sumqayıt”ın legioner futbolçusu üçün mövsüm başa çatıb

Azərbaycan Premyer Liqasının XXI turunun “Qəbələ” ilə matçında zədələnən və oyunu davam etdirə bilməyən “Sumqayıt”ın futbolçusu Roi Kehat vətəni İsraildə əməliyyat olunub.

Klubdan 90deqiqe.Az-a bildirilib ki, axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulan yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib.

Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək. O, ən azı mövsümün sonuna qədər “Sumqayıt”a kömək edə bilməyəcək.

Избранный
3
8
90deqiqe.az

10Источники