RU

DSX-nin rəhbərliyi “Ana harayı” abidəsini ziyarət etdi

Fevral ayının 26-da Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət etmiş, struktur qurumlarda və hərbi hissələrdə silsilə tədbirlər keçirilib.

DSX-dən Publika.az-a verilən məlumata görə, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, 1994-cü ildə məhz Dahi Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevral tarixini Xocalı soyqırımı günü kimi elan edildiyi şəxsi heyətin diqqətinə çatdırılıb.

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti nəticəsində bu faciənin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm işlər görülüb.

Избранный
5
3
publika.az

7Источники