RU

Cenevrədə İran-ABŞ danışıqlarında fasilə yaranıb - YENİLƏNİB

Cenevrədə İran-ABŞ danışıqlarında fasilə yaranıb.

APA İran mediasına istinadən xəbər verir ki, Cenevrədə üç saat davam edən danışıqlardan sonra heyətlər məsləhətləşmələr aparmaq məqsədilə müzakirələrin aparıldığı məkanı tərk ediblər.

Bildirilib ki, danışıqların yaxın saatlarda davam etdirilməsi gözlənilir.

***

11:56

Cenevrədə İranla ABŞ arasında dolayı nüvə danışıqları başlayıb.

APA xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la danışıqların üçüncü raundunda iştirak etmək üçün Omanın Cenevrədəki səfirliyinə gedib.

ABŞ tərəfini Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil edir.

Görüş İranın nüvə sənədinə həsr olunub.

Избранный
30
50
apa.az

10Источники