Fevralın 26-da gecə saatlarında Şamaxıda yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətlə aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatdırılıb.
"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən onun ögey oğlu, 2009-cu il təvəllüdlü Murad Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız