Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 23-cü tur çərçivəsində “Gol Gohar”la qarşılaşıb.
Sözügedən komanda bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıblar. Təbrizlilərin yeganə qolunu 40-cı dəqiqədə Mahdi Haşemnecad vurub.
“Traktor” cari mövsümdə qazandığı 39 xalla 16 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 22 oyunda 10 qələbə qazanıb, 9 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Persepolis”lə qarşılaşacaq. Bu oyun martın 6-da səfərdə baş tutacaq. Bundan öncə isə Təbriz klubunu Asiya Çempionlar Liqasının pley-off mərhələsində “Şabab Əl-Əhli” (Dubay, Birləşmiş Ərəb Əmirlikləri) komandası ilə ilk oyun (2 mart) gözləyir.
