RU

43 yaşlı həkimin əməliyyatdan sonra ölümü ilə bağlı SENSASİON DETALLAR – “Şah damarını partlatdılar” - ÖZƏL

Xəbər verdiyimiz kimi, Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib. 43 yaşlı həkimin cərrahi əməliyyatdan sonra vəziyyətinin ağırlaşdığı və bu səbəbdən həyatını itirdiyi bildirilir.

Bizim.Media həkimin ölüm səbəbini ilə bağlı bəzi təfərrüatları öyrənib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 43 yaşlı həkim əməliyyatdan sonra həyatını itirdi - FOTO


Onun bacısı Səkinə Əhədova Bizim.Media-ya açıqlamasında  bacısının həkim səhlənkarığı səbəbindən həyatını itirdiyini qeyd edib:

“Bacım zobdan əməliyyat olundu, 2-ci günü ayıldı. Gəzirdi, amma uzana bilmirdi. Ağrıdan ölürdü, otura bilmirdi. Boynundan belinə kimi ağrıdan sızıldayırdı. Həkimi əməliyyatdan sonra bir dəfə də olsun palataya gəlib xəstəsinə baş çəkmədi. Dedi ki, mənlik deyil. 3 gün yemək yeyə, uzana, yata bilməyən bacıma sonradan gəlib nə iynəsi vurdularsa, komaya düşdü. 25 gün reanimasiyada qaldı.

Başqa həkimlər gətizdirdik, bacımı komadan çıxartdılar. Amma dili tutuldu, gəzə bilmədi. Yenə də Allahıma şükür etdik ki, sağdır. Loqoped gətizdirdik, dilini müalicə elətdirirdik, artıq dilini tərpədə bilirdi. Sevinirdik ki , ümid yerimiz var, sağalacaq, reanimasiyadan çıxacaq, onu görəcəyik,  balalarına qovuşacaq. Amma süni tənəffüs yolunda olan aparatı səhv salaraq şah damarına toxunub şah damarını partdatdılar. Bacım qanaxmadan öldü”.

Xəzər Tibb Mərkəzindən isə sorğularımıza cavab verilməyib. 
 

Qeyd edək ki, G.Əkbərova 2012-ci ildən Xəzər Tibb Mərkəzində Doğum və ginekologiya şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.


Məsələni diqqətdə saxlayacağıq.

Naibə Məmmədova, Bizim.Media

Избранный
16
8
bizim.media

9Источники