Bakı. Trend:
“Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyi işğaldanazad olunan ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlifxəstəliklərin erkən aşkarlanması, əhalinin kompleks müayinələrdənkeçirilməsi, tibbi konsultasiyaların verilməsi və ümumi sağlamlıqvəziyyətinin yaxşılaşdırılması məqsədilə sistemli tədbirləri davametdirir.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə aksiya 27fevral tarixində Ağdam rayonunda baş tutub. Tədbir zamanı SəhiyyəNazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ)ixtisaslaşmış tibb heyəti tərəfindən rayon sakinlərinə yüksəksəviyyəli tibbi xidmətlər göstərilib.
Aksiyanın əsas məqsədləri işğaldan azad edilmiş ərazilərdəməskunlaşan əhali üçün müntəzəm səyyar tibbi müayinələr təşkiletməklə sağlamlıq göstəricilərini yaxşılaşdırmaq, ağciyərxəstəliklərinin erkən diaqnostikası və profilaktikası sahəsindəəhalini maarifləndirmək, yerli sakinlərə dəstək və peşəkar tibbiyardım göstərməkdir.
Müayinələr İnstitutun xüsusi təchiz olunmuş səyyar klinikasındaaparılıb. Modul avadanlıq konsepsiyasına əsaslanan bu mobilklinikalar tam diaqnostik avadanlıq dəsti ilə təchiz olunub vəucqar ərazilərdə belə keyfiyyətli tibbi xidmətin əlçatanlığınıtəmin edir.
Aksiya çərçivəsində ETAXİ-nin pulmonoloq, ftiziatr, allerqoloq,kardioloq, şüa-diaqnostika həkimi, rentgenoloq və laboratoriyamütəxəssisləri tərəfindən ağciyərin flüoroqrafiyası və roentgen,Elektrokardioqrafiya (EKG), Exokardioqrafiya (ürəyin USM), ümumiultrasəs müayinəsi (USM), Spirometriya (nəfəs funksiyasınınqiymətləndirilməsi) müayinələri, mantu sınağı və arterial qanqazlarının tərkibinin təhlili aparılıb.
Müayinə nəticələrində sağlamlıq problemi aşkarlanan şəxslərə dərhaltibbi məsləhətlər verilib, zəruri hallarda müalicə sxemləri təyinolunub və lazımi ixtisas həkimlərinə yönləndirmə aparılıb.
Aksiyada 230-dan çox Ağdam sakini müayinədən keçib. Eyni zamanda,iştirakçılara ağciyər xəstəliklərinin risk faktorları, simptomları,erkən aşkarlanmanın əhəmiyyəti və profilaktik tədbirlər (siqaretçəkməmək, tozlu mühitdən qorunmaq, vaxtında peyvəndlənmə və s.)barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunmuşdigər rayon və şəhərlərdə də bu cür səyyar müayinə vəmaarifləndirmə aksiyalarının davam etdirilməsi planlaşdırılır. Belətədbirlər əhalinin sağlamlığını qorumaq və tibbi xidmətləri ən uzaqkəndlərə qədər çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.