RU

Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR

Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO arasında əldə olunmuş razılaşmaya əsasən, ixrac potensialı olan böyük mebel istehsalçılarının iştirakı ilə işgüzar görüş keçirilib.

Görüşün əsas məqsədi Azərbaycanda mebel istehsalı üzrə ixrac potensialının artırılması imkanlarının müzakirə edilməsi, bu sahədə dövlət dəstəyinin genişləndirilməsi istiqamətində təkliflərin hazırlanması və mebel sektorunun beynəlxalq bazarlara çıxışının sürətləndirilməsi olub.

Tədbir zamanı ixrac prosesində mövcud olan əsas çətinliklər, qarşıya çıxan problemlər və onların aradan qaldırılması istiqamətində görüləcək tədbirlər müzakirə edilib. Eyni zamanda, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi tərəfindən ixracla bağlı məsələlər üzrə yaranmış müvafiq problemlərin həlli istiqamətində işlərin aparıldığı bildirilib.

Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri Fərman İslamlı çıxış edərək əsas çətinliyin  okean hövzəsinə birbaşa çıxışın olmaması və loqistika xərclərinin başqa ölkələrə görə yüksək olmasını vurğuladı. AZPROMO-nun İxracın Təşviqi departamenti direktor Fərid Fərzəliyev qısa müddətdə istiqamətdə işlərin getdiyini və nəqliyyat xərclərinin əsas hissəsinə dövlət dəstəyinin olacağını qeyd etmişdir. 

Görüşdə ölkənin aparıcı mebel şirkətlərinin rəhbər heyəti iştirak edib. Tədbirdə Embawood, Foriella  MMC , Perla, Saloğlu, Qardaşlar, Məmmədoğulları, Crystal Mebel, Panarea MMC, Woodpecker, Greenwood və Damla mebel kimi iri istehsalçı şirkətlər yer alıb.

Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası bu görüşlə növbəti uğurlu addıma imza ataraq böyük mebel istehsalçılarını bir araya toplamağa nail olub. Qeyd edək ki, növbəti mərhələdə orta və kiçik mebel istehsalçılarının da ixrac prosesinə təşviq olunması və onların bu proseslərdə aktiv iştirakının təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi planlaşdırılır.

Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası AZPROMO mebel ixrac potensialı Azərbaycan mebel sənayesi inkişafı qeyri-neft ixracının artırılması dövlət dəstəyi mebel sektoru ixracın təşviqi tədbirləri logistika xərcləri problemi nəqliyyat xərclərinə dövlət subsidiyası beynəlxalq bazarlara çıxış ixrac prosesində çətinliklər sənaye kooperasiyası mebel istehsalçıları ilə işgüzar görüş Fərman İslamlı Fərid Fərzəliyev Azərbaycan mebel şirkətləri Embawood Foriella MMC Perla Saloğlu Qardaşlar Məmmədoğulları Crystal Mebel Panarea MMC Woodpecker Greenwood Damla Mebel orta və kiçik mebel istehsalçıları ixrac strategiyası 2026 investisiya təşviqi agentliyi sənaye ixracı Azərbaycan
Избранный
26
1
marja.az

2Источники