“Əl‑Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo “Almeriya” klubunun səhmlərinin 25 faizini satın aldıqdan sonra investisiya fəaliyyətini dayandırmaq niyyətində deyil.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, portuqaliyalı futbolçunun Sequnda təmsilçisinə qoşulması onun gələcək layihələrinin yalnız başlanğıcıdır. Ronaldo gələcəkdə uyğun imkanlar yaranacağı halda bir neçə kluba investisiya etməyi planlaşdırır.