RU

Xilasedicilər 3 yaşlı uşağa belə yardım etdilər

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Eminbəyli küçəsində 3 yaşlı uşağın barmaqlarının dəmir qapı ilə çərçivəsi arasında qalması və təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

Nazirlikdən Publika.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə uşağın barmaqlarını dəmir qapıdan çıxararaq xilas ediblər.

Избранный
15
12
publika.az

10Источники