"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo zədələnib.
QOL.az xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı liqasının 24-cü turunun "Əl-Fayha" ilə səfər görüşündə sıradan çıxıb.
41 yaşlı futbolçu matçın 81-ci dəqiqəsində meydandan axsayaraq kənara çıxıb. Futbolçunun bud əzələsindən zədələndiyi bildirilir.
