RU

Bakı metrosunda xətlərin ayrılması üzrə görülən işlər açıqlandı

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

28 May" stansiyası ətrafında "Şaxta 1" və "Şaxta 2"də şaxtalar tam olaraq qazılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda "28 May" stansiyası ətrafında iki ərazidə — "Şaxta 1" və "Şaxta 2"də şaxtalar tam olaraq qazılıb, mövcud tunellərə keçid tunelləri inşa edilib:

“Hazırda mövcud tunellərdə yeni tunellərin inşasına başlanılmasl üçün hazırlıq işləri görülür".

O əlavə edib ki, bu gün Bakı metrosunda xətlərin ayrılması ilə bağlı iki əsas layihə həyata keçirilir: "Dərnəgül" deposunun tikintisi, ikinci mərhələsinin başa çatması və xətlərin ayrılması layihəsi üzrə yeni tunellərin inşası bir-birindən bağlı layihələrdir. "Yaşıl xətt"in müstəqil fəaliyyət göstərməsi üçün depo mütləqdir və "Dərnəgül" deposunun ikinci fazasının bitməsi, nəticədə xətlərin ayrılması layihəsi üzrə yeni tunellərin inşasına başlanmasına zəmin yaradacaq. Bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil tuneli və piyada tunelinin inşasını davam etdirir. Həmin layihənin bizə lazım olan hissədə bitməsini gözləyirik. Bundan sonra metro xəttini depo ilə birləşdirəcək və xətlərin ayrılması layihəsi üçün yeni tunellərin inşasına başlayacağıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
3
icma.az

4Источники