RU

"Qarabağ" - "Sabah" oyununda tarixi statistika təkrarlanıb

Azərbaycan çempionatlarının yüksək liqası tarixində 18-ci dəfə 6 və ya daha çox qolun vurulduğu qarşılaşmada heç-heçə qeydə alınıb.
 
Moderator.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXII turuna təsadüf edib.
 
"Qarabağ" - "Sabah" görüşü 3:3 hesabı ilə başa çatıb. 1992-ci ildən keçirilən turnirin ən məhsuldar heç-heçələri siyahısında bir dəfə 6:6, bir dəfə 4:4, 16 dəfə isə 3:3 hesabı var.
 
İlk dəfə eyni cüt arasında iki belə məhsuldar heç-heçə qeydə alınıb. "Qarabağ"la "Sabah" 2023/24 mövsümündə də dueldən 3:3 hesablı heç-heçə ilə ayrılıb. Həmin vaxt da komandaların görüşü indiki kimi XXII tura təsadüf edib. 2024-cü il fevralın 11-də keçirilən oyun da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
 
Bunadək heç-bir cütün bir-biri ilə iki matçında 6 və ya daha çox qollu heç-heçə olmamışdı. Hər iki sülh "Qarabağ"ın meydanında gerçəkləşib.
 
"Sabah" tarixində 4-cü dəfə Premyer Liqa matçında məhsuldar heç-heçə etməklə "Kəpəz" və "Turan"a məxsus rekordu təkrarlayıb. "Qarabağ" isə yalnız bu rəqiblə görüşlərdə 3 və ya daha çox qol vuraraq bir xal qazanıb.
Избранный
16
3
moderator.az

10Источники