RU

Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

Azercell-in qadınlara qarşı zorakılıqla mübarizə istiqamətində həyata keçirdiyi “Oflayn qadınlar” sosial təşəbbüsü beynəlxalq səviyyədə qiymətləndirilib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, layihə Londonda keçirilən “The Indie Awards 2026” mükafatlandırma mərasimində “İctimai Rifah” (Public Good Award) kateqoriyasında gümüş mükafata layiq görülüb.

Münsiflər heyəti təşəbbüsü yalnız yaradıcı konsepsiyasına görə deyil, eyni zamanda cəmiyyət üçün yaratdığı real və ölçülə bilən sosial təsirə görə də yüksək dəyərləndirib. Layihə rəqəmsal həllərin aktual sosial problemlərin həllində effektiv rol oynaya biləcəyini nümayiş etdirir.

Təşəbbüsün əsas məqsədi zorakılığa məruz qalan və ya risk altında olan qadınlar üçün təhlükəsiz, əlçatan və etibarlı informasiya mühiti formalaşdırmaqdır. oflaynqadinlar.az platforması istifadəçilərə psixoloji, fiziki və iqtisadi zorakılıq hallarında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun atılmalı addımlar barədə sistemli və aydın məlumat təqdim edir. Platformada hüquqi prosedurlar, psixoloji və sosial dəstək imkanları, maarifləndirici materiallar, eləcə də yardım göstərə biləcək dövlət və qeyri-hökumət qurumları barədə təsdiqlənmiş informasiya yer alır.

Layihənin mühüm üstünlüklərindən biri - onun maksimum əlçatanlıq prinsipi əsasında qurulmasıdır. Azercell abunəçiləri platformadan internet paketi və ya balansda vəsait olmadan da istifadə edə bilirlər.

Təşəbbüs 25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə, BMT-nin “Narıncı Gün” təşəbbüsü çərçivəsində ictimaiyyətə təqdim olunub.

Xatırladaq ki, fərdi dəstəyə ehtiyac yarandığı halda qadınlar Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti”nə 116111 qısa nömrəsi vasitəsilə müraciət edə bilərlər. Azercell abunəçiləri üçün bu nömrəyə zənglər ödənişsizdir.

Избранный
12
11
fed.az

10Источники