RU

“ABŞ nüvə bombası olanlara hücum etmir” Lavrov

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Rusiya Yaxın Şərqdəki problemlərin kəskinləşməməsini təmin etmək üçün öz imkanlarından və İranla əlaqələrindən istifadə edəcək”.

525.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, həmçinin əlavə edib ki, Rusiya Yaxın Şərqdəki vəziyyətlə bağlı ABŞ və İsrail ilə dialoqa açıqdır və heç vaxt bu dialoqu dayandırmayıb.

İran əleyhinə Amerika-İsrail əməliyyatına toxunan Lavrov vurğulayıb ki, hazırda ABŞ-ın İranda hansı konkret məqsədləri güddüyünə dair heç bir aydınlıq yoxdur: “Xüsusilə, İranın uran zənginləşdirməsindən imtina etmək istəməməsinin hazırkı əməliyyatın səbəbi kimi irəli sürülməsi Rusiyada suallar doğurur. Bəlkə də ABŞ prezidentinin xüsusu nümayəndəsi Stiven Uitkov uğursuz bir açıqlama verib, əgər təcavüzün səbəbi budursa, bu, bir çox sual doğurur".

Lavrovun sözlərinə görə, İrana qarşı başlanan müharibə təkcə Tehranda deyil, həm də qonşularında nüvə silahı inkişaf etdirməyə doğru hərəkata təkan verə bilər: “Belə bir hərəkat İranla qonşu olan ölkələrdə, ərəb ölkələrində ortaya çıxacaq. ABŞ nüvə bombası olanlara hücum etmir".

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
49
50
525.az

10Источники