RU

İsrail ordusu SEPAH xüsusi təyinatlılarının komandirini öldürüb

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail hərbçiləri Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi təyinatlılarının Livan korpusunun komandir vəzifəsini icra edən Davud Əlizadəni məhv edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, o, İsrail HHQ-nin dəqiq zərbəsi nəticəsində öldürülüb.

D.Əlizadə əvvəllər başqa bir İsrail zərbəsi nəticəsində zərərsizləşdirilmiş əvvəlki komandir Həsən Məhdavinin yerinə "Qüds" qüvvələrinin Livan korpusunun komandir vəzifəsini icra edirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
113
1
oxu.az

2Источники