RU

Fevral ayında Türkiyənin mebel ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin fevral ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz azalaraq, 1 milyard 162 milyon 36 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq, 600 milyon 112 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 7 milyard 933 milyon 597 min dollar məbləğində mebel ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 7 milyard 987 milyon 82 min dollara bərabər olub.

Избранный
22
12
turkic.world

10Источники