RU

Qətər XİN rəhbəri Əraqçi ilə İranın raket zərbələrini müzakirə edib

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Sani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Aznews.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Qətər XİN-in açıqlamasına görə, İran, raket zərbələrinin Qətərin deyil, ABŞ-ın maraqlarına qarşı yönəldiyini bildirib.

Doha bu iddiaları rədd edərək, hücumların mülki ərazilərə və ölkənin infrastrukturuna təsir etdiyini və Qətərin suverenliyinin pozulması olduğunu bildirib.

Избранный
51
5
aznews.az

6Источники