RU

Tramp Karlsonu SİLDİ

ABŞ-da İran zərbələri fonunda Tramp ilə tanınmış aparıcı Taker Karlson arasında gərginlik yaranıb.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İran ərazisinə endirilən hərbi zərbələri tənqid etdiyinə görə televiziya aparıcısı Taker Karlsonu MAGA (“Make America Great Again”) düşərgəsindən kənarlaşdırdığını bildirib.

Karlson Trampın İranı hədəf almaq qərarını kəskin tənqid edərək bunu “tamamilə iyrənc və cinayətkar addım” adlandırıb. Onun sözlərinə görə, bu müharibə ABŞ-ın deyil, İsrailin müharibəsidir və Amerika üçün nə təhlükəsizlik, nə də iqtisadi baxımdan fayda gətirmir.

Bu açıqlamalardan sonra Tramp Karlsonu sərt şəkildə tənqid edib. ABŞ prezidenti bildirib ki, Karlson artıq MAGA hərəkatının tərəfdarı deyil.

“Takker yolunu azıb. Mən bunu çoxdan bilirdim. MAGA ölkəmizi xilas edir, onu yenidən böyük edir. MAGA – Amerika hər şeydən əvvəl deməkdir. Takker isə bunu başa düşəcək qədər ağıllı deyil”, – deyə Tramp bildirib.

Prezidentin sözlərinə cavab olaraq Karlson The Independent nəşrinə açıqlamasında qeyd edib ki, bəzən Trampın bəzi addımları onu qıcıqlandırır.

“Bəli, elə məqamlar olur ki, Tramp məni əsəbiləşdirir və indiki vəziyyət də belədir. Amma o mənim haqqımda nə desə də, mən onu həmişə sevəcəyəm”, – deyə Karlson bildirib.

Musavat.com

Избранный
50
45
musavat.com

10Источники