Adı Türkiyə nəhəngləri ilə hallanan Antuan Qrizmann karyerası ilə bağlı qərar verib. Metbuat.az xəbər verir ki, “Atletiko Madrid”dən ayrılaraq MLS-ə transfer olacağı deyilən futbolçunun qərarını dəyişdiyi məlum olub. Bildirilir ki, o, “Atletiko Madrid”də qalmaq qərarına gələrək kubok qazanmaq istəyir. Buna görə də, veteran hücumçu ABŞ-yə transfer olmaq prosesini təxirə salıb. Məlumata görə, futbolçunun qərarını dəyişməsinə səbəb “Atletiko Madrid”in Kral Kubokunun finalına yüksəlməsi olub. Qeyd edək ki, Antuan Qrizmannın adı “Fənərbaxça” və “Qalatasaray”la hallanıb.