Xətai rayonunda qohumunun 28 min manatını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin bacısı qızı N.Nəzərova müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin həmin maddi vəsaiti xalasının mənzilində yaşadığı müddətdə hissə-hissə taladığı məlum olub.
Araşdırma davam etdirilir.
Telegram kanalımız