Bir neçə gün əvvəl Küveyt kubokunun oyunlarını idarə etmək üçün bu ölkəyə yollanan FİFA referisi Əliyar Ağayevlə köməkçisi Nicat İsmayıllıdan xəbər var.
Hakim həmvətənlərimiz, nəhayət, vətənə qayıda bilib. AFFA-dan “Football-plus.az”a bildirilən məlumata görə onlar ikisi də artıq Bakıdadı.
Xatırladaq ki, ABŞ ilə İsrail fevralın 28-də İrana hücum edib. İran cavabında qonşu ölkələrə zərbələr endirib. Nəticədə Yaxın Şərq ölkələri hava məkanını bağlayıb. Bu üzdən Ağayev və İsmayıllı günlər idi vətənə dönə bilmirdi.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта