Musavat.com Axşam.az-a istinadla "İftar menyusu"nu təqdim edir:
Cənnət şorbası
Ərzaqlar:
2 qaşıq kərə yağı
3 xörək qaşığı qarğıdalı unu
1 orta kartof
1 soğan
2 diş sarımsaq
2 stəkan toyuq suyu
4 stəkan qaynar su
1 çay qaşığı qara bibər
1 çay qaşığı duz
Üzəri üçün:
2 xörək qaşığı yağ
1 çay qaşığı üyüdülmüş qırmızı bibər
Hazırlanması:
Kərə yağı dərin bir qazanda əridin. Ərinmiş yağa qarğıdalı unu əlavə edin və təxminən 3 dəqiqə qızardın. Qarğıdalı ununa soğan, kartof və sarımsağı əlavə edib 5 dəqiqə daha qovurun.Tərəvəzlərə toyuq suyu və qaynar su əlavə edin və tərəvəzlər yumşalana qədər bişirin. Tərəvəzlər yumşaq olduqdan sonra blenderlə hamarlanana qədər qarışdırın. Bu mərhələdə şorba qatı görünürsə, isti su əlavə edə bilərsiniz.
Şorbanı bir neçə dəqiqə daha qaynadıqdan sonra ocağı söndürün. Ayrı tavada qızdırdığınız yağa qırmızı bibər tozunu əlavə edib süfrəyə verərkən şorbanın üzərinə tökün.

"Medalyon"
Ərzaqlar:
Can əti - 150 qr.
Duz istiot, keşniş tumu, kəklikotu, zeytun yağı zövqə görə.
Qarnir üçün:
Düyü - 150 qr.
Kök - 1 ədəd
Bibər - 0,5 ədəd
Qırmızı soğan - 1 ədəd
Sous:
Barbekü
Mamaseto
Çili
Hazırlanması:
Can əti doğranılır, üzərinə ədviyatlar və zeytun yağı vurulub, 1 saat kənarda saxlanılır. Sonra tavada yağ əlavə edilmədən qızardılır. Başka tavaya düyü, xırda doğranmış bibər, sürtgəcdən keçirilmiş kök, qırmızı soğan əlavə edilib, yumuşalana qədər bişirilir.

Trileçe
Ərzaqlar:
4 ədəd yumurta
1 stəkan şəkər
1.5 stəkan un
1 paket qabartma tozu
1/2 paket vanil
Süd sousu üçün:
1 litr süd
4 xörək qaşığı şəkər
Karamel sousu üçün:
1 stəkan şəkər
1 stəkan su
3 çay qaşığı nişasta
1 çay stəkanı su (nişastanı açmaq üçün)
1 xörək qaşığı kərə yağı
Üzəri üçün:
1 paket qaymaq
1 stəkan soyuq süd
Hazırlanması:
Yumurtaları dərin bir qaba götürün. Üzərinə şəkər əlavə edin. Bərkiyənə qədər mikserlə çalın. Sıra ilə vanili, qabartma tozunu və unu əlavə edin. Qarışığı mikserlə çalın və yağlanmış nimçəyə tökün. Sonra sobada 180 dərəcədə bişirin. Bu vaxt süd şərbətini hazırlayın. Südə şəkər əlavə edin və şəkər həll olunana qədər qarışdırın. Çırpılmış qaymaq üçün bir qaba qaymaq tökün və üzərinə soyuq süd əlavə edin. Yaxşıca çırpdıqdan sonra hazırdır. Sobadan çıxan keksin üzərinə diş çubuğu ilə deşiklər açıb üzərinə süd siropu tökün. Daha 20 dəqiqə soyuducuda saxlayın ki, dincəlsin və südü hopsun. Sonra üstünə yaxşıca çırpılmış kremi yayın. Yenidən təxminən 40 dəqiqə soyuducuya qoyun. Bu vaxt karameli hazırlayın. Şəkəri bir qabda az odda əridin, hərdən bir qaşıq qoymadan silkələyin. Su əlavə edin və qarışdırın. Qarışdırdığınız zaman dondurulmuş şəkər açılacaq. Sonra kərə yağı əlavə edin. Sonra əvvəllər nişasta ilə qarışdırdığınız suyu əlavə edin. Qatılaşana qədər qarışdırın. Kərə yağı əlavə edin. Qarışığı bir az soyuyana qədər otaq temperaturunda, sonra isə tam soyuyana qədər soyuducuda saxlayın. Trileçeni soyuducudan çıxarın və üstünə karameli yayın.
