RU

BƏƏ İran ərazisində ilk dəfə birbaşa hava zərbəsi endirdi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri ilk dəfə olaraq İran ərazisində yerləşən hədəflərə birbaşa zərbələr endirib.

BAKU.WS xəbər verir ki, bu barədə İsrailin Ynet nəşri məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı İranda yerləşən suyun duzsuzlaşdırılması zavodu hədəfə alınıb.

BƏƏ rəsmiləri bildiriblər ki, bu hücum İran hakimiyyəti üçün "ilkin xəbərdarlıq siqnalı" kimi qiymətləndirilməlidir. Onların sözlərinə görə, əgər Tehran regionda hücumlarını artırarsa, BƏƏ-nin ABŞ və İsrailin başladığı hərbi kampaniyaya rəsmi şəkildə qoşulması mümkündür.

Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin Hayfa şəhərinə, eləcə də Bəhreyn və Dubaydakı bəzi hədəflərə zərbələr endirdiyini açıqlamışdı. Hədəflər arasında Dubayda yerləşən "Marina Hotel"in də olduğu bildirilmişdi.

İran Prezidenti Məsud Pezeşkian isə Körfəz ölkələrinə dəyən ziyana görə üzr istədiyini açıqlayıb. Bununla belə, SEPAH tərəfindən hücumların davam etdirilməsi Tehran hakimiyyəti daxilində mövqelərin fərqli olduğunu göstərdiyi qeyd olunur.

Избранный
101
44
far.az

10Источники