Bakı. Trend:
Bu ilin yanvar ayında Bakıda sənaye sektorunda istehsal olunmuşmalların və göstərilmiş xidmətlərin həcmi 3,6 milyard manat təşkiledib.
Trend bu barədə Bakı şəhər Statistika İdarəsinəistinadən xəbər verir.
Məlumata görə, sənaye məhsulunun 70,0 faizi mədənçıxarma, 25,1faizi emal, 3,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı,tullantıların təmizlənməsi və emalı sektorlarında istehsalolunub.
Hesabat ayında sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faizolub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 86,4 faiz,sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13,6 faiz təşkiledib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılaragöndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərəalınmaqla sənaye müəssisələrinin anbarlarında 1 fevral 2026-cı ilvəziyyətinə 431,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmışvə satış üçün nəzərdə tutulmuş 39,9 milyon manat məbləğində digərməhsullar da mövcud olub.