RU

Qaani ilə bağlı ŞOK İDDİA – “Müharibəyə şəxsən rəhbərlik edir”

“İsmayıl Qaani ön cəbhədədir və müharibəyə şəxsən rəhbərlik edir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın Bağdaddakı səfiri Məhəmməd Kazem Əli Sadeq bildirib.

O, İsmayıl Qaaninin casusluqda ittiham olunaraq edam edilməsi ilə bağlı şayiələri qəti şəkildə təkzib edib.

Səfirin sözlərinə görə, bütün bu iddialar düşmənin qüvvələrimizin və müttəfiqlərimizin əhval-ruhiyyəsini sarsıtmağa yönəlmiş psixoloji müharibəsinin bir hissəsidir:

“General Qaani sağ-salamatdır və təcavüzkarlara, ABŞ və sionist rejiminə qarşı əməliyyatlara komandanlıq etməyə davam edir”.

Qeyd edək ki, Qaaninin İsrailə casusluq etdiyinə görə “edam edilməsi” və ya həbs olunması ilə bağlı şayiələr 28 fevral hücumlarından dərhal sonra ortaya çıxıb. Çünki Qaani bir çox digər yüksək vəzifəli şəxslərdən fərqli olaraq yenə “möcüzəvi şəkildə” sağ qalıb.**Musavat.com

Избранный
49
5
nocomment.az

7Источники